universitet hesreti
Universitet heyatinin son ders gununden 1 gun sonra... icimde her bir universitet mezununun ve heyatda nese itirmish, tekliye düşmüş insanın keçirdiyi izaholunmaz hisslər var. Hər bir məsələyə olduğu kimi bu məsələyə də müxtəlif rakurslardan baxmaq və qiymət vermək olar. Bu gün mən bu hadisəyə universitet həyatını bitirməkdən məyus olan adam kimi baxacam. mən axırıncı dərs günü dərsə getməmişdim, ona görə ki, bir yoldaşla görüşmüşdüm, amma çox heyf. çox çox heyf ki, getmədim, axı mən o yoldaşla başqa vaxt da görüşə bilərəm, amma daha heç vaxt "bu gün dərsə getmədim, sabah gedərəm" deyə bilməyəcəm. Daha heç bir vaxt qayıb düşməməkdən ötrü qan-tər içində, təngnəfəs halda dərs otağına girə bilməyəcəm. Daha heç vaxt müəllimlərə elə həmin müəllimlərin dövründən qalma, ya da lap təzə özümüzün kəşfi olan, "xoruz qulağı eşitməmiş" bəhanələr uydura bilməyəcək və məqsədimizə çatdıqdan sonra "gördün necə inandı" deyə sadəlövhcəsinə tələbə yoldaşlarımızın yanında "öyünə" bilməyəcəyik. Heç vaxt mühazirələrin gözəlliyindən zövq ala bilməyəcək, sıxıcılığından tez qurtarmasını arzulamayacaq, mühazirəni pozmaqlami, sual verməkləmi, ya başqa bir yolla hamının diqqətini özümüzə yönəltməyəcəyik. İmtahan stressindən birtəhər olmayacaq, müəllimin qabağında "dilimiz topuq vurmayacaq", "boğazımız qurumayacaq", yaxşı qiymət alnda sevincək, pis qiymət alanda məyus olmayacağıq. İndi heç harda "Əşşi, tələbədi" deyib bizə güzəşt etməyəcəklər, indi qohumlarımız cibimizə pul basıb deməyəcəklər ki, "tələbə adamsan, xərclərsən." İndi təqaüdümüzün az olmasından şikayətlənə bilməyəcəyik. İndi valideynlərimiz bizi çox pul xərcləməkdə ittiham də bilməyəcəklər. Burda bir sitatı xatırladım, səhv etmirəmsə, Tolstoydandı: " Bütün gənclər...,nə qədər yoxsul olsalar da heç zaman bu gənclərin gündəlik həyat ehtiyacları üçün pulları tapılmaz, halbuki əyləncə üçün pulları həmişə çox olar." İndi kitab oxuya - oxuya yuxuya gedən anlarımız olmayacaq, yaxud səhərə qədər oyaq qalıb mühazirələrdə yuxusuzluqdan özümüzü zorla oyaq tutduğumuz anlar olmayacaq. İndi qrup uşaqları ilə duzlu zarafatlarımız olmayacaq. İndidən sonra biz də bir qrup insanların içərisinə daxil oluruq, kaş olmayaydıq. o qrupun insanlarını bir şey birləşdirir, onlar həmişə öz yaxın tələbə qohumlarına belə tövsiyə edərlər: " Tələbəlik gözəl şeydi, onun qədrini bilin, ondan istifadə edin." Bu qrup tələbəlik həyatını başa vurmuş,fəqəqt ondan kifayət qədər kam ala bilməmiş təəssüf dolu insanların qrupudur. İnsan nankordu, əsrlər keçəcək, amma həmişə insan tələbəliyin qədrini mütləq tələblikdən sonra biləcək. Bizim yaxşı və pis günlərimiz, sevinli və kədərli günlərimiz çox olacaq, amma onların heç biri tələbəlik illərinin ən acı günüylə müqayisəyə gələcək qədər əziz olmayacaq. Biz o günləri itirdik ki, dünyada keçdiyinə görə heç bir günlərə, illərə o qədər heyfslənməyəcəyik. Mən orta məktəbi qurtaranda çox heyfslənmədim, çünki onun yerini universitet həyatının dolduracağını bilirdim. İndi nəyə, hansı günə və ya hansı kollektivə ümid edə bilərəm ki, tələbəlik illərini və universitet kollektvini əvəz edə bilər?! İndi "Tələbə" şeri mənə nə qədər əziz, nə qədər doğma gəlir, izah edə bilmirəm. İndi o şerin sözlərindəki hikmət mənə çatır."Çox - çox adi dolanarDünyaya, cahana, insana". Heç nə vecimizə deyildi, problemimiz olanda arxalanmağa bir adam tapırdıq, axı TƏLƏBƏ statusumuz vardı, hər şey bizə adi gəlirdi, hə şeyi soyuqqanlı qəbul edirdik, sanki belə də olmalıymış və böyüklər bu hərkətimizdən çox əsəbiləşərdilər."Gələcəyə inanarTƏLƏBƏ, TƏLƏBƏ, TƏLƏBƏ""Sızlar yada düşəndə Ürəyimin telləriO mehriban, o əzizTƏLƏBƏLİK İLLƏRİHay eşitsə, hay verərQəmini saxlayar, gizləyərEvincindən pay verərTƏLƏBƏ, TƏLƏBƏ, TƏLƏBƏ." Məgər biz kədərimizi kiməsə bildirərdik?! Kim necə olduğumuzu soruşsa, "Hər şey yaxşıdı" cavab verərdik, amma sevincli anımızı soruşan olmasa belə, bir bəhanə ilə söhbət mövzusuna çevirərdik, hamını o sevincə şərik etmək istərdik.Sonda bir qrup yoldaşımla yazışmanın mövzusunu sizə çatdırıram.O: Ehh, bu da son, tələbəliyin sonu.Mən: çox məyusam.O: Hər şey bitdi.Mən: Hər şey bitmədi, amma ən şirin olan, ən gözəl olan bitdiBəli, ƏN ŞİRİN olan TƏLƏBƏLİK bitdi
суббота, 29 мая 2010 г.
пятница, 28 мая 2010 г.
Həyatın qəribəliklərinə təəccüb etməmək,heyran qalmamaq olmur. Bütün elmlər,ixtisaslar və peşələr insanı öyrənməyə,onun ehtiyaclarını ödəməyə,onun problemlərini həll etməyə xidmət edir.Amma dərindən fikirləşəndə bunların yalnız söz olduğunu,əməldə isə belə olmadığını görürsən.Bu cahil və zəlil bəndə hərdən belə şeylər ətrafında fikirləşəndə çox bədbin,süst olur.Əziz insanlar, öz təəssüratlarımı sizinlə bölüşməyə icazə verin.
Biz həmişə müəllimi müqəddəs insan saymışıq,çünki o bizə elm verir,həyatda mövqe tutmağımızda bizə kömək olur.Amma bu sətirlərin müəllifi olan aciz bəndə müəllimə bir sıra müraciətlə səslənir.
Ey müəllim,mənə çətin riyazi əməliyyatları yerinə yetirməyi öyrətməkdənsə,mənə həyatın çətin sınaqlarından çıxmağı öyrədəydin. Insanlara qarşı necə mehriban,qayğıkeş olmağın çətin düsturlarının həllini öyrədəydin mənə.İnsanların könlünü qırmamaq üçün nə etmək lazım olduğu haqda mənə məlumatlar verəydin.İnsanlara yük olmamaq,onlara əziyyət verməmək,onlara sıxıntı yox,daim rahatlıq bəxş etmək,onların iztirablarını artırmaq yox,azaltmaqçün hansı teoremlərdən istifadə etməyi öyrədəydin mənə.
Ey müəllim,hansısa dilin qrammatikasını yox,qəlbin dilində danışmağı öyrət mənə.Mən dünyanın istənilən nöqtəsində insanların qəlbini ovutmaq,qafil qəlbləri huşyar etmək,sınıq qəlbləri ələ almaq,o qəlblərin acılarına şərik olmaq istəyirəm.Mən qəlblərin dilini bilmək istəyirəm.Milyonlarla dilbilməz insanların incitdiyi milyonlara qəlbi ovutmaq istəyirəm.İnsanların qəlblərinin saiti-samitimi,leksikası,qrammatikasımı var?
Ey,müəllim,mən yerin milyonlarla kilometr dərinliyində,milyardlarla kilometr yuxarısında nələr olduğunu bilmək istəmirəm.Mən yerdən və göydən,şərqdən və qərbdən də geniş insan qəlbinin,heç olmasa,yarım millimetr dərinliyindəki sirləri bilmək,ordakı yaraları sevincləri,kini,ədavəti,paxıllığı,mehribanlığı,kobudluğu,xəbisliyi,qayğını,duyğun,sevgini bilmək,öyrənmək istəyirəm.Niyə bir insan özünə kobudluğu,qəlb qırmağı bayraq edib,digər insan sevgini,ədaləti özünə rəhbər seçib?
Biz Rafael,da Vinçi,Bəhlulzadə və s. kimi dahi rəssamları tanıyırıq və bu avam bəndə onların əsərlərini müzakirə etməyə qəti layiq deyil.Amma rəssamlara da müəyyən müraciətim var:
Ey dahi rəsam,insan qəlbinin şəklini çək.Elə bir qəlbin şəklini çək ki,orda o qəlbin bütün hisslərini duyum.Görüm.axı,sevgini rəngi nədi?Qabalığın,qəddarlığın, insanpərvərliyin,sadəliyin, təkkəbürün rəngi nədi?Duyum ki,kədərli qəlblə sevincli qəlbin,sınıq qəlblə sındıran qəlbin,azad qəlblə kölə qəlbin,qəzəbli qəlblə aram qəlbin fərqi nədi?Necə olur ki,bir qəlbə niiifrət hakim olur,digərinə məhəbbət?Birinə təkəbbür digərinə təvazö hakim olan iki eyni ölçülü qəlbin şəkli,forması,rəngi,gözəlliyi eynidirmi,ya müxtəlif?Yaxşı rəssam olmaqçün bu çalarların dərinliyinə,incəliyinə yiyələnmək nə dərəcədə vacibdir?Onları öyrənməkçün hansı kitabları oxumaq,hansı ölkələri gəzmək,hansı müəllimdən dərs almaq lazımdı?
Ey minlərlə hündür binaların,möhtəşəm əsərlərin planını cızan mühəndis,öyrət mənə mükəmməl bir qəlb tikməyi,bütün strukturu,içi mükəmməl olan bir qəlbin planını cız,ölçülərini,ora sərf olunacaq materialları yaz,hesabla.Göstər görüm mənə,sındırılmış qəlbi yenidən necə bərpa etmək olar?Göstər mənə qəddar,zalım,xəbis qəlblə mütəvazö,sadə,incə qəlbin strukturundakı fərqi.
Ey təbib,öyrət mənə qəlbin (ürəyin yox!) anatomiyasını,fiziologiyasını.Görəsən,alçaq qəlblə, daim pislik etməyi düşünən qəlblə yaxşılığı özünə adət etmiş qəlbin qan qovma qüvvəsi.qulaqcığı,mədəciyi,sərtliyi eynidirmi?Ya ölçüsündədir fərq?Görəsən,zərrə qədər də insafdan anlamayan qəlbin xəstəliyi insafı həyat tərzinə çevirən qəlbin xəstəliyi ilə eynidirmi?Ya,bəlkə,sərt qəlblər,qəddarlığı,zalımlığı ilə fəxr edən qəlblər heç xəstələnmir?Bəlkə,o qəlblərin xəstəliyi elə qəddarlığında,zalımlığındadır?Ya,bəlkə,yumşaqlıq,mehribanlıq özü qəlbin xəstəliyidi?Ey təbib,ömrün boyu bunlar haqda düşündünmü?Bir insana şəfa verərkən gündə əzilən,alçaldılan minlərlə qəlbin ağrısını duydunmu?Əlinin altında yatan xəstənin xəstəliyini müalicə edərkən onun könlünü almağı,qəlbindən gündə yüz dəfə keçirdiyi şübhələri bir “sağalacaqsan” sözünü deməklə silməyi,ona dediyin sözlərin,qəlbinin istiliyini ona verməyin nə qədər əhəmiyyətli olduğunu düşünşünmü?
Ey insan!Bizim qəlbimiz fiziki cəhətdən nə qədər oxşardısa,içində saxladığı hisslərə,insanlara, ətrafına,dünyaya münasibətinə görə bir o qədər fərqlidir.Kimimiz qəddar,başqalarını əzməyə meylli,hər bir şeydə öz mənfəətini güdən,zərrə qədər insaf,iman, həssaslıq,qayğıkeşlik anlamayan qəlbə, kimimizsə çox sadə,əyri,ziyan,alçaq işlərdən uzaq bir qəlbə malikik.Gəlin, sirrini hələ bundan sonra milyon illər keçsə də heç kimin aça bilməyəcəyi qəlbimizi ancaq bəşəriyyətin xeyrinə,inkişafına, insanların rifahına,rahat yatmalarına.bizə görə əziyyət çəkməmələrinə kökləyək.

Salam,həqiqəti sevən,riyadan uzaq oxucular.Bu dəfəki cızma-qara həm də sensasiyapərəst insanların diqqətini cəlb edə bilər,çünki sensasion,bəlkə də möcüzəvi bir hadisəni qələmə alıb,möhtərəm hüzurunuza təqdim edirəm.
Bir gün mühazirədə oturmuşduq.Həmişəki kimi kimsə dərsə qulaq verir,kimsə lağlağı döyür,kimsə təzəcə şirin yuxuya keçirdi.Lektor isə 15-20 il bundan əvvəl oxuduğu mühazirə materialını,mətnini elə 15-20 il bundan qabaqkı tərzdə,həmin mimika,həmin jestlərlə bizə tədris edirdi.Amma,insafən deyək ki,hərdən acı,təhqiramiz sözlərindən,zəhrimari sifətindən,səviyyəsiz,küçə səviyyəli istehzasından,özünə şirin,tələbələrə isə şit,tükürpədici görünən zarafatlarından qalmırdı.Əslində,mühazirə müəllimləri arasında bu,dəb idi:onlar elə düşünürdülər ki,kimisə təhqir etməsələr tələbələr onun ciddi,səviyyəli,hörmətli müəllim olması barədə şübhəyə düşərlər,odur ki,bu “qızıl qayda”ya çox təkidlə əməl edirdilər.
Nəsə...Mühazirənin şirin yerində kafedra müdiri,cənab Doğrudanışan müəllim içəri daxil oldu.O biri hörmətli(?) kafedra müdirləri,professorlar kimi Doğrudanışan müəllim də uşaqların hamısının ayağa qalxmasını gözlədi,onları turşumuş sifətlə süzüb,salam vermədən tələbələrdən əyləşməyi tələb etdi.Qeyd edim ki,Doğrudanışan müəllimin bu iyrənc jesti də kafedra müdirləri ,ümumiyyətlə, ”böyüklər” arasında bir “qızıl qayda” idi,bu “qaydasız” onları təsəvvür etmək mümkün deyil.
Cənab Doğrudanışan müəllim ağır-ağır öz nitqinə başladı:
-Uşaqlar,siz bu il bu fənndən imtahan verəcəksiz.Bu fənn sizin həkim olmağınız üçün çox vacibdir... Ağlınız başqa kafedralara getməsin.Bu kafedra öz qanunlarına görə fərqlənir. (Bədbəxt ATU-da vahid qayda-qanun yoxdu,hər kafedra özündən qanun çıxarır.Bu qanunun özbaşınalığı,sərtliyi həmin kafedranın müdirinin hansı yuxarı instansiyada qohumunun olmasından asılıdır,yəni qohum nə qədər yuxarıda olsa,özbaşınalıq da bir o qədər artıq olur.) Mən başqa kafedra müdirləri kimi sizə yalan deyib başınızın altına yastıq qoymaq istəmirəm.Bizim kafedrada bütün alternativ qiymət alma variantları,yəni rüşvət,tapşırıq və başqa üsullar hamısı keçərlidi.Tapşıran,xahiş edən,əmr edən adamın tutduğu vəzifədən asılı olaraq tapşırılan adamın qiyməti yuxarı və ya aşağı ola bilər.Gəldik əsas məsələyə,yəni pul məsələsinə. Bu da elədi ki,istəyirsən, heç bir dərsə girmə,kollokvium vermə,dərsdə müəllimi söy,bu fəndən başın çıxmasın və s. Bunların heç bir qorxusu yoxdu,intəhası,ata-ananı bir az o birilərdən çox incitmiş,sıxmış olassan. Yəni,özünü yaxşi aparan,müəllimin qılığına girib,şirin dilinə salan,özünü yazıqlığa vuran,bir qədər yaxşı oxuyan və s. keyfiyyətlərə malik olan adam nisbətən az,bayaq dediyim şəxslər isə çox pul verməlidirlər ki,qiymət alsınlar. Özü də yalan söhbətdi ki,heç bilməyən,əxlaqsızlıq edən,yaramaz,pozğun tələbə qiymət almayacaq.Necə deyərlər,puluna minnət,pulunu ver,müəllimin üzünə qarşı söy,”5”ni də al. Qaldı ki,özü oxuyanlara, onlar da qiymət alacaqlar,intəhası,şirələri çıxanacan onları sıxacağıq. Bura bax görüm,ATU-da oxumaq asandı?!
Uşaqlar,açığı,bir söz deyim. Biz şərəfsiz adamlarıq,birdən görürsən ki,heç nə bilməyən adam nəslimizi söyüb pulu çırpır üzümüzə.qiymətin alır,kasıb balası,öz hesabına oxuyan uşaq kəsilir,ya aşağı qiymət alır.Əşşi,bu zəhrimar pul elə şeydir ki,namusumuz,şərəfimiz gedib ona görə.Bax,deyirəm a,sonra imtahanda hansısa tələbə gəlib deməsin ki,ay ədalətsizlik burdan gəldi,şərəfsizlik ordan getdi. “Yuxarı”lara şikayət etmək ağlınızın ucundan belə keçməsin,faydası yoxdu.Bilin ki,verdiyiniz pulların əksər hissəsi ora gedir,odur ki,onlar bizim tərəfimizi saxlayacaqlar,sizin yox.Əziz tələbələr,mən hər tərəfini sizə izah etdim,de,sağ olun.
Cənab Doğrudanışan müəllim tələbələrin vaxtını aldığına görə üzr istəmədən mühazirə zalından çıxdı.Professor qapıya tərəf gedəndə mühazirə müəllimi Yaltaq müəllim əli ilə bizim ayağa qalxmağımıza işarə edərək dəridən-qabıqdan çıxırdı.
Qapı örtülən kimi içəridə bir çaxnaşma ,bir vurnuxma düşdü ki,ruzigarın gözü hələ beləsini görməmişdi.Bir qism tələbə şokda idi:bu,ola bilər ki,ilk dəfə kafedra müdirinin doğru danışdığını(!) eşitdiklərindən,ya da atalarına yazıqları gəlirdi,daha düzünü ALLAH bilir.Bir qism tələbə isə ciddi mübahisəyə girişmişdi.Mübahisə edən tərəflərdən biri-tapşırıq,pul hesabına oxuyanlar-təşvişə düşmüşdü ki,əgər bu kafedra müdiri də o birilər kimi yalançı olsa,onda belə çıxır ki,oxumaqdan başqa variant yoxdu,yoxsa atamız yandı,kəsiləcəyik.Digər tərəf isə-özü oxuyanlar-fikirləşirdi ki,əgər Doğrudanışan müəllim düz deyirsə,onda çox güclü oxumaq lazımdır ki,”3”dən zaddan bir şey alaq.
Mən demişdim ki,bu hadisə sensasiondur.Amma sensasiya nə mühazirə müəlliminin yaltaqlığında,nə onun təhqiramiz sözlərində,nə boş-boş danışığında,nə uşaqların hərəkətlərində,nə Doğrudanışan müəllimin salam verməməyində,nə də onun üzr istəməyib,”gönüqalın”casına otağı tərk etməsində idi.Əsl sensasiya kafedra müdirinin,professorun,AMEA-nın üzvünün,dekanın, prorektorun və s. doğru danışmasında idi. Ona görə də uşaqlar bilmirdi ona inansınlar,ya yox.

Şəhidlər ölürlər
Otuz aprel iki min onuncu il... 30. 04. 2010... Bu gün fəhləsindən, kəndlisindən, uşağından, böyüyündən, tələbəsindən, müəllimindən asılı olmayaraq Azərbaycan vətəndaşı olan hər kəsin yaddaşında bir il əvvəl baş vermiş qanlı olayın 1- ci ildönümü kimi qalmalıydı. Təkcə ona görə yox ki, azərbaycan xalqına qarşı terror törədilmişdi. Ən əsası ona görə ki, gələcəyin Azad Mirzacanzadələri, Yusif Məmədəlievləri, Lütfi Zadələri, dövrünün qabaqcıl görüş sahibləri, ölkəsinin intellektual təbəqəsinin ən öndəgedən üzvləri həmin gün güllə atəşinə məruz qalmışdı. Həmişə ağızdolusu danışdığımız, ömrü boyu bopclarını unutmacğımızı and içdiyimiz. Bizə dünyada ən qiymətli nemət olan elmi öyrədən müəllimlər öldürülmüşdü. Tələbələr – hansı ki, bir ölkə onda təhsil alan tələbəsinin sayına. Ona verdiyi biliyin keyfiyyətinə görə digər ölkələrdən qabağa gedə bilər. Mütərəqqi sayıla bilər – qanlarına qəltan edilmişdilər. Qətliam qurbanları elmi təmsil edən təbəqənin nümayəndələri olduqlarından onlara açılan atəş elmə açılan atəş, onların xatirəsinə verilən qiymət həm elmə, həm də şəhidə (çünki elm əhli ölsə, şəhiddir) verilən qiymət kimi dəyərləndirilməlidir.
Amma təəssüf ki, bu sadə məntiqi anlamadıqları üzə çıxdı. Hər bir sentimentallıqdan uzaq olaraq onu söyləmək istəyirəm ki, bir körpünün, keçidin, abidənin, “muzey”in, adı olan, amma içərisində heç bir faydalı işlərlə məşğul olunmayan müəssisələrin, “irsi araşdırmalar mərkəzləri”nin aılışında qırmızı lent kəsib geniş nitq irad edənlər bu dəfə görünmədilər ictimaiyyətdə. İdmançılardan ötrü milyonlarla kilometr qət edib onların yarışında şəxsən iştirak edənlər, medal qazananları külli pulla təmin edib, onlara şəxsən himayədarlığını elan edənlər “qara geymədilər”, millətin acısına şərik olmadılar, 30. 04 . 2009 şəhidlərinin xatirəsini yad etmədilər, dəfələrlə eyni heykəlin önünə qoyduqları gül dəstəsinin birini də onların qəbirlərinə qoymadılar, xalqa və şəhid ailələrinə başsağlığı vermədilər, KİV – də geniş nitq irad etmədiər.
Bu saymazyanalıq, biganəlik azca da olsa düşünə bilən azərbaycanlının diqqətindən yayınmadı. Bildik, əmin olduq ki, Azərbaycan idman ölkəsi, müğənnilər ölkəsi, eybəcər binalar, “çölü bəzək, içi təzək” olan məktəblər, universitetlər, xəstəxanalar ölkəsi, ağacsız parklar, heykəllər ölkəsi ola bilər, amma əsla elm ölkəsi ola bilməz. Çünki ölkənin hər hansı bir sahəsinin inkişaf etməsi üçün dövlətin həmin sahəyə xüsusi diqqəti, qayğısı olmalıdı. Lakin hamıya gün kimi aydındır ki, lazım olan və ondan artıq qayğı ölkənin inkişaf göstəricisi olmayan, onun dünya ilə ayaqlaşmasında heç bir rol oynamayan sahələrə göstərilir , elmə yox.
30. 04. 2010 tarixinin daha bir diqqət çəkən özəlliyi həmin gün əsası tələbələrdən təşkil olunmuş insanların qurbangaha çevrilmiş ADNA – ya dinc yürüş cəhdi oldu. Təəssüf ki, yürüş deyil, məhz cəhd. Çünki bizim cari hükumət elə bilir ki, dünya ictimaiyyəti Azərbaycanda yürüş olduğundan xəbərdar olsa, elə zənn edcəcək ki, ölkədə qeyri – sabitlik hökm sürür. Çünki yürüş iştirakçılarının arasında, sən demə, müxalifət nümayəndələri də varmış. Bir il öncə məhz həmin gün terrorçuların qabağına çıxmağa gecikmiş güc strukturu ışçıləri, polislər bu dəfə eyni “səhv”i etmədilər. İnsan toplusundan ibarət qaraltını hakimiyyət üçün real təhlkə hesab edən “kreslo sahibləri”ndən əmr almış polislər şəhidləri ziyarətə hazırlaşan insanları döyməkdən, təhqir etməkdən, zorla maşınlara doldurub şöbəyə aparmaqda heç də xəsislik etmədilər. Çünki bura sərbəst toplaşma azadlığının boğulduğu, heç bir müqəddəs şeyi qalmayan Azərbaycandır. Burda toxunulmaz olan şəhidlərin ruhu, konstitusiyanın maddələri deyil, ayrı – ayrı adamların özü, ailəsi, kresloları və digər “şəxsi əşyaları”dır.
Bir neçə şeyi isə iqtidar nümayəndələrinin, “siyasi kurs”u dəstəkləyən QHT-lərin, xalqın səsini oğurlayıb xalq üçün heç bir iş görməyən, əl çalmaq və məğzini bildi – bilmədi “leyhinə” düyməsinə basan, gülünc olaraq hərbi doktrinanı dövlət sirri hesab edən paramentarilərin baxan, amma görməyən nəzərlərinə çatdırmaq istəyirəm. əgər siz o şəhidləri anmaqçün ADNA – ya gedib xatirə lövhəsinin önünə bir dəstə gül qoysaydız xalqın rəğbətini daha çox qazanardınız, nəinki evdə oturmaqla, yaxud mənasız işlərlə məşğul olmaqla. Siz şəhidlərin ruhunu uca tutan və əhalinin ən mütəhərrik düşüncəli təbəqəsi olan tələbələrin yanında yürüş cəhdində bulunsaydınız hamı görərdi ki, sizin üçün əsas olan lazımlı anda, qeyrət tələb olunan zaman xalqın həmrəylidir . Hamı şahid olardı ki, siz vətəndaşın müxalifətçi, yoxsa iqtidarçı olmaına baxmayaraq şəhid ruhuna, elmə və bu kimi müqəddəs şeylərə ( məs., Qarabağ məsələsinə ) hörmətinə, həssaslğına şəriksiniz. Nəhayət və ən diqqət edilməsi lazım olan məsələ budur ki, hətta ürəkdəndə olmasa, bunlardan hər hansı birini etmiş olsaydınız, gələcək seçkilərdə şəhid ailələrindən, sizi görən tələbələrdən halal ( oğurlanmış olmayan )səs almış olardınız.
Xalq bunların tam əksini gördü, daha doğrusu, əgər xalqımız diqətlə nəzər salsa, analiz etsə, indiyə kimi olanların necə aydın üzə çıxdığın görər.
1) Siz heç vaxt müəllimə, tələbəyə, professora, ümumiyyətlə, elm əhlinə diqqət göstərməmisiniz.
2) Sizin şəhidə olan hörətiniz ancaq popurist çıxışlarınızdadır.
3) Bu ölkədə dövlət qayğısı görən. Hökumətin nəzər nöqtəsində olan axırıncı şey varsa, o da elmdir.
4) Siz heç vaxt öz mənfəətinizi də siyasi yolla düşünməyə qadir deyilsiniz, o ki qaldı xalqın, millətin mənafeyini.
30. 04 .2010 tarixinin ən əsas üstünlüyü ondadır ki, həmin gün yeni olan və müharibə şəraitində yaşayan, 20% - i işğal altında olan Azərbaycanın hər bir vətəndaşına lazım olan bir aforizm yarandı:
“Şəhidlər ölürlər”
01. 05. 2010

Müasir , Ən Yeni, Asi Azərbaycan ədəbiyyatı. Sevinmişdim ki, bizim də yeni nəsil ədiblərimiz formalaşmaqdadır, indiyə kimi ədəbiyyatda əldə edə bilmədyimiz ugurları indidən sonra edərik, ala bilmədiyimiz mükafatları indidən sonra alarıq və s. Amma mənim bəxtimə yazılıb ki, arzularım mif olaraq qalsın.
Əvəla onu deyim ki, mən adı çəkilən nəsil ədəbiyyat nümayəndələrinin hamısını nə şəxsiyyət , nə də ədəbi yaradıılıq baxımından tanımıram, fəqət bir qismilə bir məclisdə həmsöhbət olmaq nəsibim oldu. Əlbəttə fikirlərində təravət, fərqlilik var idi. Bu fərqliliyi aşağıdakı kimi səciyyələndirə bilərəm:
Qəlibdən çıxmağa meyllidirlər. Bu, yaradıcı insan üçün çox vacib elementdir. Özlərinə qarşı ala biləcəkləri təzyiqlərə, təqiblərə, hətta təhqirlərə hazırdırlar. (Hər halda dildə belə deyirdilər, amma xrda tənqidi sözlərə çətinliklə tab gətirdikləri görünürdü.) Bu da çox gözəldir, təqdirəlayiqdir. Bunsuz yeni yoln meydana gəlməsini təsəvvür etmək mümkün deyil.
Amma onlara qarşı yazmaq istədiyim tənqidlərimi haradan başlayacağımı bilmirəm.
Bizim hörmətli ədiblərimiz özlərinin müxalifətçi omaqları ilə, belə demək caizsə, fəxr edirlər. Hətta cənab Pərviz dedi ki, ədib həmişə müxalifdi. Nəzərinizə çatdırım ki. görkəmli, tanınmış, keyfiyyətli yazar olmaqçün,daha doğrusu, keyfiyətli əsər yazmaq üçün heç də müxalif olmaq şərt deyil və ya əsas şərt deyil. Belə ki, siyasi mövqeyini əsərinin əsas elementinə çevirmək qeyri peşəkarlıqdır. Sözümün bu yerində diqqətinizə çatdırım ki, bizim qəhrəmanlarımız məşhur köşə yazarları olduqlarından bəlkə də unudublar ki, köşə yazısı başqa şeydi, şer, roman, hekayə başqa şey. Sən öz siyasi ideologiyanı ortaya qoymaqla güclü və həqiqətpərəst köşəyazarı ola bilərsən, amma əsla yaxşı yazıçı olammazsan. Bizim çox müdrik şairimiz Baba Pünhan həqiqiətləri ən gözəl və ən bədii şəkildə çatdıran şairdi, bəlkə də. Amma o, dünya çapına çıxmağa əsla layiq deyil, çünki onu bizə sevdirən şey çoxumuzun deyə bilmədiyi şeyləri deməyə cəsarət etməsi və beləliklə də hamımızın ürəyindən xəbər verməsidir. Yoxsa biz iddia edə bilmərik ki, Baba Pünhan problematikasına görə dünyanı düşündürən əsərlər yazır. Sevimli həmkarlarım, bütün ölkədə müxalif mövqedə olan yazarlar var, yəni onlar öz yazılarında mənsub olduqları siyasi kursun ideyalarını və əksinə, bundan da çox, müxalif olduqları partiyanın qəbahətlərini qabardırlar. Amma onların hamısı Tolstoy, yaxud Orhan Pamuk, yaxud Heminquey olurmu? Əsla yox. Onlar, uzağı, öz ölkələrində, o da öz həmpartiyaları arasında sevilirlər və əsərləri bir siyasi yazı olmaqdan qırağa çıxmır. Klassik olmaq və tarixə köçmək üçün mövcud ictimai qınaq sistemlərinə, yazılmamış qanunlara və qəbahətlər məcəlləsinə müxalif olmaq olar, amma bunun siyasi müxaliflik ilə əsla əlaqəsi olmamalıdır. Götürün elə V. Hüqonun “Səfillər”indəki Mariusla babasının mübahisəsini. Bir tərəf İmperatoru, digəri isə Respublikaçıları təmsil edir və aralarında nəvəsinin evdən qovulması ilə nəticələnən mübahisə olur. Amma orda Yazıçı öz siyasi mövqeyini oxucuya sırımağa, yeritməyə çalışırmı? Əlbəttə, bu, peşəkara yaraşmaz. Xətrinizə, dəyməsin, əziz yazarlar, siz köşə yazıları ilə sıx bağlı olduğunuzdan siyasi məsələlər (daha doğrusu, bizim ölkənin siyasi durumu) sizin yaradıcılığınıza hədsiz yansımaqla ədəbiyyat sahəsində uğurlarınızın üstündən xətt çəkir. (1)
Hörmətli yazıçılarımız milli ənənələrə, dinlərə qarşı gəlməklə özləri səsələndirdikləri kim bir ASİ ədəbiyyat formalaşdırmaq fikrindədirlər. Təəsssüf ki, nəinki bizim qəhrəmanlar, hətta əhalinin əksəriyyəti ənənələrə baxışı yox, ənənənin özünü dəyişmək istəyirlər.Yradıcılığının zənginliyi, vücudi məsələlərin qabardılması və dünyada mütaliə olunmasına və əsərin mahiyyətinin itməməsinə görə ön sıralarda gedən Tolstoy ənənəsini danırdım, asilik edirdimi? Əksinə ona qədər bədii əsər mövzusundan kənarda qalmış rus kəndlisini ədəbiyyata gətirməklə rus ədəbi prosesində yeni mərhələnin əsasını qoydu.Siyasi nöqteyi nəzərdən yanaşsaq isə, uzağa getməyək onlar kimi olmağımızı istədiyiniz Avropa ölkələrindən ən nüfuzluları və onlardan da çox qiymət verdiyim Yaponiya öz keçmişlərinə, ənənələrinə hörmətdə və konservatizmdə ən öndə gedirlər. Niyə biz onlardan bu xüsusiyyəti əxz etmirik, əksinə “onlarlaşmaq” istəyirik. Axı bu sadə məntiqi fikri niyə anlamırıq ki, biz onlar olmamalıyıq, əksinə özümüzü dərk edib onlardan yüksək olmağa çalışmalıyıq? Bu, başqa məqalənin mövzusudur, amma bu zəifliyiniz də gözümdən yayınmadı. Dinə münasibətdə də həmçinin. Düzdü, biz kiminsə dini baxışlarına müdaxilə edə bilmərik, amma dini görüşü və din mənsublarını təhqir etməklə hansısa yaradıcılıq uğuru əldə etməyi də gözləməyin. (2,3)
Növbəti iradım müəlliflərin özlərindən həddən artıq müştəbeh olmalarıdır. Hörmətli yazarlar elə zənn edirlər ki, mövzu seçimində “pioner”dilər. Amma özlərinin aşağıladıqları sovet dövrü yazıçıları, konkret Anar, İ. Şıxlı, İ. Hüseynov və s. onları bir neçə onillik qabaqlayıblar. Qeyd edim ki, onların dövründə sözügedən məsələləri (məs, ənənələrlə, ictimai münasibətlərlə bağlı və s. ) qabartmaq çətin olsa da onlar bir çox əsərlərində onlara fərdi münasibətlərini bildirməyə müvəffəq olmuşlar, yəni bu yolda öncül olmuşlar. Əlbəttə, “pioner” olmamaq qəbahət deyil, amma bunu danmaq nəyə lazım?! Yaxud şerdə, şerinin problematikasında, təsvirinin gözəlliyində, məntiqi yükündə və fəlsəfi baxışında Ramiz Rövşənlə, Bəxtiyar Vahabzadə ilə aranızda uçurum olan sizlər onlara xor baxmaqdasınız. Bu da bir başqa məqalənin mövzusudur, amma yaradıcı insanlar partiya mənsubiyyətinə görə mühakimə olunmamalı, şəxsiyyətlər isə yaşadıqları dövrə görə mühakimə olunmalıdırlar.(4)
İndiyə qədər söylədiklərimin nəticəsi olaraq bir sindromu yadınıza salım və qeyd edim ki, bu sindrom təkcə sizə yox, ümumiyyətlə, insanlığa xasdı, yəni insanın təbiətidir. Belə ki, bizə nəyisə qadağan etdikdə, yaxud etdiyimiz əməl qraşısında danlandıqda, tənqid olunduqda onə qarşı müqavimət, etdiyimiz əməl yolunda dönməzlik hissi alovlanır və bu, bizə fəxredilməsi lazım olan iş kimi görünür. Siz də əsərlərinizin mövzusuna, üslubuna, yaxud nəyəsə görə təzyiq görəndə özünüzün doğru olduğunuz, sizi tənqid edənlərin sizi “başa düşmədikləri” qənaətinə gəlirsiz və bu hiss sizə arzuolunmaz baş gicəllənməsi verir. Bunun da sizin yaradıcılığınıza ciddi zərbə vurduğu düşüncəsindəyəm, yenə də özünüz bilərsiz. (5)
Bəlkə də irad tutulması ən yerinə düşən məsələ. Siz özünüzün də etiraf etdiyiniz kimi əsərə ancaq olanların, yaşananların bədii təsviri kimi yanaşırsınız, hərçənd bunu da doğru bacarmırsınız. Amma sözüm başqa şeydi. Sizin əsərlərinizdə öz intellektinizi üzə çıxaran heç bir şey görünmür, bəlkə də əksinə görünür, yəni intellektiniz bura qədərdir. Fikrimi tam çatdıra bilmədiyimə görə bağışlayın, amma əsər yaşananların ancaq bədii təsvirindən çox yüksəkdə dayanır, yaxud dayanmalıdır ki, o, yüksək sənət əsərinə çevrilsin. Yaşananlar yazarın intellektindən süzülərək, onuun təxəyyülündə formalaşaraq, əsas və köməkçi məsələlər diqqət mərkəzinə çatdırılaraq əsər halına çevrilməlidir. Qəhrəmanların keçirdikləri psixoloji, mənəvi hisslərdən tutmuş təbiət təsvirlərinə qədər,hadisələrin qovuşması və bu zaman müxtəlif sahələrdəki biliklərin ortaya qoyulmasına qədər hər şey yazıçının peşəkarlığını, ən doğrusu isə intellektini indikasiya edir, ölçür. Bunu anlamaq çətin olmaz, məncə. Çünki dünya çaplı yazarlar əsərlərində müxtəlif peşə sahiblərindən bəhs edərkən o qədər professional davranırlar ki, onların həmin peşə sahiblərilə bağlı əməlli-başlı biliyə sahib olduqları meydana çıxır ki, bu biliklərin cəminə intellekt deyirlər. Belə yekun vurula bilər ki, bədii əsərin altında , əslində yazıçının intellekti yatır və məhz bu keyfiyyət onun qiymətini qaldırır və ya endirir. (6)
Yuxarıda vurğuladım və bir daha qabardıram ki, əsərləriniz bədii təsvirdən olduqca kasaddır. Bəlkə də bu iradıma hər hansı bəraət almağa çalışacaqsınız ki, biz hər şeyi çilpaqlığı ilə göstəririk, təsvirə qiymət qaldı keçmişdə və s. Amma inandırım ki, uğursuz cəhdlədir, çünki “bədii ədəbiyyat” kəlməsində “bədii” sözü var və nə qədər ki, bu söz həmin kəlmədən götürülməyib yazıçının borcudur əsəri bəzəyə. Bu, onun özü üçün, əsərinin keyfiyyəti üçün əhəmiyyətlidir- oxucunu yormamaq, yazılanları oxucuya yaşatdırmaq nöqteyi nəzərdən. (7)
Sadaladığım iradların əsasında sizin publisistik yaradıcılığınızla ədəbi yaradıcılığınızın bir – birinə kobud surətdə qarışması durur (əlbəttə, bu, yeganə səbəb deyil). Bəyənmədiyiniz Bəxtiyar Vahabzadənin yardıcılığından belə şeyləri qarışdırmamağı öyrənin.( ya da Qabilin “Qarışdırma” şerini oxuyun) Siz peşəkar köşəyazarı, maarifçi, publisist, yaxud peşəkar yazıçı ola bilərsiniz, yaxud da bunların ikisinə birdən yiyələnə bilərsiniz (bu, çox çətindir). Amma bunu əldə etmək üçün bədii və publisist yazılarınızda sərhəd müəyyən etməlisiniz,ya mövzuları qarışdırmamalısınız, ya da qabartmaq istədiyiniz problemi seçdiyiniz üslubun qanunlarına uyğun əks etdirməlisiniz, əks halda “Əli aşından da olarsınız, Vəli aşından da.”
İnanın ki, mən sizin və Azərbaycan ədəbiyyatının inkişaf etməsi üçün bunları yazdım. Əgər sizə qarşı düşmənçilik mövqeyim olsa idi (bunu düşünmək belə gülüncdür) ya bunları yazmazdım, ya da bir çox bədxahlarınız kimi ucuz ittihamlarda bulunardım.

четверг, 20 мая 2010 г.
salam,eziz oxucu. Azerbaycan insaninin sefaletde yasamasinin sebebi o deyil ki, olkenin budcesi berbad gundedi. sebeb mehz odur ki, budcede olan pullar lazimsiz yerlere xerclenir. deyesen mayin 12, ya 13-u idi man Merkezi Bank-in onundeki parkdan kecirdim ve orda gordum ki, minlerle belke de milyonlarla manat pulu bagbanlar dograyir. yeqin haminiz bildiniz sohbet neden gedir? Beli, sohbe mehz Gul Bayrami gunu parki bezeyen, feqet 3 gunden sinra hec kime yarari olmayan, bilmirem hansi ecnebi olkelerden getirilmis, bezilerinin adini da bilmediyimiz gullerden gedir. Olkenin para hissesini sel agusuna aldigi, resmi melumata gore 9 kendin kocurulduyu, minlerle ailenin collere tokulduyu bir vaxtda hec bir olke resmilri lazimsiz bir bayrama bu qeder tentene ile hazirlasmazdi ki, onu bizimkiler etdi. Sizi emin edirem ki, en ecaib, pesekarliqdan yzaq, endrebadi korpuler ki Azerbaycanda var- onlara ve bize en lazimsiz bayram ki var- o da Gul Bayramidi- onlara cekilen xercin cox az bir faizini Kuru "sakitlesdirmek" ucun cekseydik, ne filan qeder adami su aparardi, ne filan qeder aile - eve esiyinden didergin olmaq bir yana - evini itirerdi. Bundan daha da facielisi odur ki, May ayi girer - girmez Mayin 10- u sanli Bayram haqda cigiran telekanallarimiz, neinki ondan bir nece gun qabaq, hetta ele mayi 8-i, SHushanin isgal gununde de kifayet qeder canfesanliq gostermekde xesislik etdiler. Bu aurada, bu ehvali - ruhiyyede boyuyen, hele ustelik de Qarabagi az -az alniz esiden, amma haec vaxt gormeyen, gelecekde serhed kesikcisi olacaq Azeri gencinden veten sevgisini, qarabagh hesretini gozlemek ne derecede edaletli olardi? Hamisindan daha teeccublusu odur ki,butun bunlari goren, feqet hec bir oz reyi olmayan, manqurtlasmis, fikri donuqlasmis Azerbaycan vetendasi sabah seckilerde yene quru vedlere inanacaq, sesini ogurladacaq,ona divan tutan insani ya oz rehberi sececek, ya da Meclisde oz adindan danismaq ucun ona haqq verecek. Onlardas hemiseki kimi ya meclisde sohbetin hansi sohbetden getdiyinden asili olmayaraq "Leyhine" duymesine basacaq, ya da snenve mene hec bir faydasi olmayan "qanunun" qebul olunmasi ucun agizlarini yoracaqlar.
Подписаться на:
Сообщения (Atom)